Mədəniyyət xəbərləri

Nodar Şaşıqoğlunun xatirə gecəsi keçiriləcək

10:42 18-12-2017

Nodar Şaşıqoğlunun xatirə gecəsi keçiriləcək

Dekabrın 19-da Dövlət Rus Dram Teatrında Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Dövlət Film Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xatirə tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutacaq. 

 

Xatirə gecəsində Nodar Şaşıqoğlunun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun həyat və yaradıcılığına həsr olunan videoçarx təqdim olunacaq.

 

Qeyd edək ki, N. Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə anadan olub. Tiflisdə Teatr İnstitutunu bitirdikdən sonra Moskvanın və Sankt-Peterburqun müxtəlif teatrlarında çalışıb. “Mosfilm”, “Dovjenko”, “Odessa”, “Azərbaycanfilm” kinostudiyalarda işləyib. N. Şaşıqoğlunun “Uzaq sahillərdə” filmində yaratdığı Mixaylo obrazı ona böyük şöhrət qazandırıb. 

 

Aktyor 12 aprel 2013-cü ildə Bakıda vəfat edib. 



© APA 2018