Mədəniyyət xəbərləri

Opera və Balet Teatrı mövsümü "Leyli və Məcnun" operası ilə açacaq

12:48 11-09-2017

Opera və Balet Teatrı mövsümü

Azərbaycan Opera və Balet Teatrı yeni 109-cu teatr mövsümünü sentyabrın 19-da Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada xalq artisti Mənsum İbrahimov (Məcnun) və gənc solist Arzu Əliyeva (Leyli), əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Sabir Əliyev (Şeyx) və b. iştirak edəcəklər. Dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

 

Ü.Hacıbəyli IX Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq digər tamaşa - Q.Qarayevin “Yeddi gözəl” baleti isə sentyabrın 24-də nümayiş olunacaq.

 

Balet tamaşasında solistlər Anar Mikayılov (Bəhram şah), əməkdar artist Nigar İbrahimova (Gözəllər gözəli), Samirə Məmmədova (Çin gözəli), Failə Bolqarova (Xarəzm gözəli), Leyla Narimanidze (Çin gözəli), Ayan Eyvazova (Məğrib gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Elmirta Süleymanova (Slavyan gözəli), əməkdar artist Samir Səmədov (Səməndər) və b. çıxış edəcəklər. Dirijor xalq artisti, professor Cavanşir Cəfərovdur.

 



© APA 2017