Mədəniyyət xəbərləri

Prezident Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsinə dair sərəncam imzalayıb

18:04 13-11-2017

Prezident Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsinə dair sərəncam imzalayıb

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi üçün maliyyə vəsaitini nəzərdə tutsun.



© APA 2017