Mədəniyyət xəbərləri

Ramazan bayramında Qəbələdə konsert - GİRİŞ PULSUZDUR

11:31 12-06-2018

Ramazan bayramında Qəbələdə konsert - GİRİŞ PULSUZDUR

Ramazan bayramını Qəbələdə keçirmək istəyənlərə xoş xəbər var.

 

İyunun 15-17-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində Milli Konservatoriyanın müəllim və tələbə heyətinin möhtəşəm bayram konserti keçiriləcək.

 

Proqramda xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, Anar Şuşalı, xanəndə Güllü Muradova və başqaları, həmçinin Milli Konservatoriyanın xoru çıxış edəcək. 

 

Konsertə giriş pulsuzdur.



© APA 2018