Mədəniyyət xəbərləri

Şuşa Teatrında yeni tamaşa hazırlanıb

18:01 10-07-2017

Şuşa Teatrında yeni tamaşa hazırlanıb

Şuşa Dövlət Musiqili Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası tamaşaya hazırlanıb.

 

Teatrdan APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur.

 

Rolları Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov və əməkdar artist Azad Məmmədov ifa edirlər.

 

Tamaşanın premyerası sentyabr ayında olacaq.



© APA 2017