Mədəniyyət xəbərləri

Yaqub Məmmədovun xatirə gecəsi keçiriləcək

12:40 12-06-2017

Yaqub Məmmədovun xatirə gecəsi keçiriləcək

İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində xalq artisti Yaqub Məmmədovun xatirə gecəsi keçiriləcək. APA-nın məlumatına görə, xatirə gecəsi “Mədəniyyət” kanalı və Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində baş tutacaq. 

 

Tədbirdə xalq artisti Simarə İmanova, əməkdar artistlər Qəzənfər Abbasov, Nuriyyə Hüseynova, Teyyub Aslanov, Sevinc Sarıyeva, Firuz Səxavət, Əsgər Əhmədov, Elza Qaybalıyeva, xanəndələr Cabir Abdullayev, Hüseyn Məlikov və Ramiq Bayramov müxtəlif muğamları ifa edəcəklər.  

 

Qeyd edək ki, tədbirin informasiya dəstəyi “APA Holding”ə məxsusdur.  



© APA 2017