Mədəniyyət xəbərləri

“Yuğ” teatrının iki aktyoru işdən çıxıb

14:36 05-12-2017

“Yuğ” teatrının iki aktyoru işdən çıxıb

Dövlət “Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar. 


 
Bu barədə APA-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.

 

O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: “Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur”. 



© APA 2017