Mədəniyyət xəbərləri

ADA-da beynəlxalq festival keçirilib

16:35 14-04-2017

ADA-da beynəlxalq festival keçirilib

ADA universitetində 6-cı illik beynəlxalq festival keçirilib.

 

APA-nın məlumatına görə, festivalda 40 ölkə, o cümlədən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təmsil olunub.

 

Festival çərçivəsində təşkil edilən sərgidə müxtəlif ölkələr barədə maraqlı məlumatlar verilib, mətbəx və incəsənət nümunələri nümayiş olunub. Həmçinin festival iştirakçıları üçün müsabiqələr təşkil edilib. 

 

Sonra tədbir beynəlmiləl konsert proqramı ilə davam edib. Festival çərçivəsində “Analar Festivalı” adlı uşaq guşəsi də təqdim olunub.



© APA 2017