Mədəniyyət xəbərləri

Azərbaycan Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

12:56 28-02-2018

Azərbaycan Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

Azərbaycan Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi fevralın 28-də işə başlayıb.

 

Beynəlxalq tədbirdə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Belarusdakı Səfirliyinin və “Azərnəşr”in iştirakı ilə təmsil olunur.

 

Martın 4-ə kimi davam edəcək tədbirdə Azərbaycanın mədəniyyətinə, tarixinə, dövlətçiliyinə, Qarabağ həqiqətlərinə dair nəşrlər, turizm potensialı haqqında təbliğat materialları ziyarətçilərin diqqətinə təqdim olunacaq.



© APA 2018