Mədəniyyət xəbərləri

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert keçirilib

19:29 02-08-2017

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert keçirilib

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera konserti keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, səhnəyə çıxan Azərbaycanın tanınmış gənc musiqiçiləri -bir sıra beynəlxalq müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü, hazırda İtaliyanın Ozimo şəhərində təhsil alan Məhərrəm Hüseynov (bariton), İtaliyanın Milan şəhərindəki “La Scala” Akademiyasında təhsilini davam etdirən Azər Rzazadə (tenor), eləcə də “La Scala” Akademiyasının uşaq xorunun üzvü olan 9 yaşlı, italiyalı Canluicci Sartori (tenor) və Y. Obraztsova adına Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova (soprano) bəstəkar S.Raxmaninov, C.Puccini, F.Bədəlbəyli, A.Məlikov, G.Hendel, A.Zeynallının əsərlərini ifa ediblər.

 

Musiqiçiləri pianoda beynəlxalq müsabiqələrin qalibi, Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin məzunu Müşfiq Quliyev müşayət edib. 

 

Qeyd edək ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı və “Gilan Holdinq”in dəstəyi ilə keçirilir. 



© APA 2017