Mədəniyyət xəbərləri

Bakıda Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

12:10 21-04-2017

Bakıda Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festival Azərbaycan prezidentinin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə aprelin 23-dən 27-dək təşkil ediləcək. 

 

Tədbirin açılışı Azərbaycan Dövlət Filarmoniyasında olacaq. 



© APA 2017