Mədəniyyət xəbərləri

Bakıda ilk dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

11:15 15-06-2017

Bakıda ilk dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

Bakı şəhərində ilk dəfə “DocuBaku” adlı Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, festivalın oktyabrın 12-19-da keçirilməsi nəzərdə tutulur.

 

Festivalda Aİ ölkələri, qeyri-Aİ ölkələri və Azərbaycan rejissorlarına məxsus 20 sənədli film nümayiş olunacaq. Tədbir çərçivəsində avropalı rejissorlarla görüşlər keçiriləcək, müxtəlif seminarlar təşkil olunacaq. 



© APA 2017