Mədəniyyət xəbərləri

Bakıda "Asılmış kitab” marafonu keçirilir

12:32 07-09-2017

Bakıda

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında “Asılmış kitab” payız marafonu keçirilir.

 

İdarədən APA-ya verilən məlumata görə, marafonun keçirildiyi müddət ərzində oxucular oxuyub bəyəndiyi kitab haqqında rəy yaza bilməklə yanaşı, həmin kitabı tövsiyə etmək məqsədi ilə simvolik olaraq yaradılmış kitab ağacından “asa bilmək” imkanı əldə edəcəklər. Bu marafonun məqsədi üzərində rəy yazılmış kitabların digər oxucular tərəfindən yenidən oxunmasıdır.

"Asılmış kitab” aksiyası Avropada dəb olan “asılmış əşyalar” təcrübəsinə əsaslanır. Layihənin məqsədi xeyriyyəçilikdən uzaq olsa da, bu ənənə vasitəsilə oxucuları daha çox kitab oxumağa cəlb etmək, kreativ iş üsullarına üz tutaraq kitab dövriyyəsini artırmaqdır.

Marafon 3 ay müddətində, noyabrın 30-dək fəaliyyət göstərəcək. Bu müddət ərzində oxucular oxuyub bəyəndikləri kitabları müstəqil olaraq digər oxuculara tövsiyə edə biləcəklər. Marafon sayəsində oxucular tərəfindən ən çox sevilən və ən çox oxunan kitabların siyahısı tərtib olunacaq. 

 



© APA 2017