Mədəniyyət xəbərləri

Bakıda Polşa film festivalı keçiriləcək

16:54 12-04-2017

Bakıda Polşa film festivalı keçiriləcək

Aprelin 22-27-də Bakıda polyak film festivalı keçiriləcək.

 

Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər. Altı gün davam edəcək Bakı Visla Festivalında ümumilikdə altı film nümayiş olunacaq (“Cek Stronq”,”Tanrılar”, “Cinsimissiya”, “Bağlı dairə”, “İspan qripi”, “Sərhəddə”). Filmlər ingilis və rus altyazıları ilə göstəriləcək.

 

“Landmark”da göstəriləcək filmlər saat 19. 00 başlayacaq. Giriş pulsuzdur.



© APA 2017