Mədəniyyət xəbərləri

Bir qrup şəxsə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib

18:08 30-11-2017

Bir qrup şəxsə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib

Azərbaycan prezidenti İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə Əliyeva Bəstixanım İsgəndər qızı, Əliyeva Ruhəngiz Ağabala qızı, Quliyeva Sima Əhməd qızı, Sadıxova Nairə Hafiz qızı və Tağıyeva Xatirə Sətdar qızına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.



© APA 2018