Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev İsveçrənin Azərbaycandakı səfirini qəbul edib

14:00 08-09-2017

Əbülfəs Qarayev İsveçrənin Azərbaycandakı səfirini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Stalderi qəbul edib.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub. Səfir hazırda ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini vurğulayaraq Azərbaycanın bölgələrinə səfərlərinin təəssüratlarını bölüşüb. Qonaq eyni zamanda mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

Ə. Qarayev 2009-cu ildə İsveçrədə keçirilən Azərbaycan mədəniyyət tədbirləri barədə məlumat verib və gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu bildirib.

 

Səfir F.Stalder Ə. Qarayevə İsveçrənin Federal Kansleri Valter Törnherin  23-26 yanvar 2018-ci il tarixində keçiriləcək Davos Forumu çərçivəsində baş tutacaq mədəniyyət nazirlərinin konfransına dəvət məktubunu verib.

 

Nazir Davos Forumu çərçivəsində Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan “Bakı Prosesi”nin 10 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərin təqdimatlarının edilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

 

 



© APA 2017