Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev "Musei Reali di Torino” muzeyinin direktoru ilə görüşüb

14:28 13-03-2018

Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində İtaliyanın Turin şəhərində fəaliyyət göstərən “Musei Reali di Torino” muzeyinin direktoru Enrika Pagella ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya muzeyləri arasında əməkdaşlığın qurulması, birgə layihələrin təşkili müzakirə edilib.

 

Xüsusi hazırlanmış mədəni proqram çərçivəsində E.Pagella səfər zamanı Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Yarat Müasir İncəsənət Mərkəzi ilə tanış olub, bununla bağlı əməkdaşlığa dair təkliflərini bildirib.

 

Nazir Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində aparılan fəaliyyətlər barəsində məlumat verib və nazirlik tərəfindən yeni təkliflərin həyata keçirilməsinə dair aparılan işlər barəsində danışıb. 

 

O, həmçinin İtaliyanın və Azərbaycanın ən yaxşı təcrübələri əsasında qarşılıqlı əməkdaşlığın qurulmasını dəstəkləyib və sahələr üzrə layihələrin, o cümlədən tədris proqramlarının, araşdırma işlərinin və müxtəlif səpkili sərgilərin və ikitərəfli mədəni tədbirlərin təşkilini tövsiyyə edib.

 

Sonda E.Pagella Azərbaycan nümayəndə heyətini Turin şəhərində yerləşən muzeyləri, restavrasiya mərkəzlərini və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib.



© APA 2018