Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev Qazaxıstan səfiri ilə görüşüb

14:17 06-03-2018

Əbülfəs Qarayev Qazaxıstan səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Beibit İssabayev ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

 

Nazir ötən il ümumilikdə Azərbaycana gələn turistlərin sayında 20 faiz artımın olduğunu qeyd edib və bu artım sırasında Qazaxıstandan ölkəmizə gələn turistlərin sayının 37 minə yaxın olduğunu bildirib.

 

Görüş zamanı Astana şəhərinin 20 illik yubiley tədbirlərində Azərbaycanın təmsil olunması, 2019-2020-ci illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə fikir mübadiləsi də aparılıb.



© APA 2018