Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib

14:31 15-12-2017

Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının sakinləri iştirak edib.

 

Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib.

 

Vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

 

Əbülfəs Qarayev bildirib ki, ölkə başçısının tapşırığı ilə keçirilən bu cür görüşlər böyük əhəmiyyət kəsb edir: “Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər səsləndirildi. Bunlardan biri musiqi məktəblərində çalışan müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlıdır. Bir neçə il əvvəl bunu tətbiq etmişdik. Bəzi müəllimlər zəif nəticə göstərmişdi. İndi onların özlərini sınamaq istəyi təqdirəlayiqdir”.

 



© APA 2018