Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev Yevlaxda vətəndaşları qəbul edəcək

15:54 22-11-2017

Əbülfəs Qarayev Yevlaxda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 28-də Yevlaxda vətəndaşları qəbul edəcək.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşlar iştirak edəcək.

 

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. 



© APA 2018