Mədəniyyət xəbərləri

Elbay Qasımzadə yenidən Memarlar İttifaqının sədri seçilib

13:12 20-12-2017

Elbay Qasımzadə yenidən Memarlar İttifaqının sədri seçilib

Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib.

 

APA-nın məlumatına görə, bu barədə Memarlar İttifaqının Azərbaycan Dövlət Filarmoniyasında keçirilən XIX Qurultayında qərar verilib. Qurultayda E. Qasımzadənin namizədliyi irəli sürülüb və onun sədr seçməsinə etiraz edən olmayıb.
 
E. Qasımzadə qurultay iştirakçılarına təşəkkürünü bildirib: “Mən həmişə sizə güvənmişəm, sizin dəstəyinizi hiss etmişəm. Çox sağ olun ki, mənə etibar etdiniz”.
 
Qurultayda iştirak edən Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov çıxış edərək bildirib ki, ötən beş illik fəaliyyətində Elbay Qasımzadənin fəaliyyəti dövlət tərəfindən müsbət qiymətləndirilib.



© APA 2018