Mədəniyyət xəbərləri

Gürcüstan ali məktəbinin festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

18:56 15-05-2018

Gürcüstan ali məktəbinin festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Gürcüstanın Beynəlxalq Qara dəniz Universitetində ənənəvi Mədəniyyət festivalı keçirilib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, festival çərçivəsində ali məktəbdə təhsil alan xarici tələbələr öz ölkələrinin milli mədəniyyətlərini təqdim ediblər.


Universitetin həyətində Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, Polşa, Çin, İsrail, Yunanıstan,Ukrayna və digər ölkələrin stendlərində milli geyimlər, əl işləri və mətbəx nümunələri sərgilənib.


Azərbaycan stendində çay mədəniyyəti, xalça nümunələri, mis qablar, Bakının görüntülərini əks etdirən fotoşəkillər nümayiş olunub. Tədbirin konsert hissəsində “Ceyran” rəqs ansamblının üzvləri Azərbaycan milli rəqslərini ifa edib.



© APA 2018