Mədəniyyət xəbərləri

Gürcüstanda Ömər Eldarovun əsərlərinin foto sərgisi keçiriləcək

14:30 13-06-2017

Gürcüstanda Ömər Eldarovun əsərlərinin foto sərgisi keçiriləcək

Gürcüstanın Simon Canaşia adına Milli Muzeyində gürcü heykəltəraş Merab Merabişvili və Azərbaycan heykəltəraşı Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət foto sərgi keçiriləcək.

 

APA-nın məlumatına görə, sərginin açılış mərasimi iyunun 16-da baş tutacaq.

 

Sərgi “Mədəni dialoq XXI” Assosiasiyası və Gürcüstanın Mədəniyyət Fondu tərəfindən Gürcüstanın Milli Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Sərginin keçirilməsində məqsəd mədəniyyətlərarası münasibətlərin dərinləşdirilməsi və mədəniyyətlərin birləşdirilməsidir.

 

Foto sərgi iyun ayının 30-dək davam edəcək.



© APA 2017