Mədəniyyət xəbərləri

Hindistanda beynəlxalq festivalın baş mükafatına layiq görülmüş “Çölçü” filminə həsr olunmuş tədbir keçirilib

16:49 22-12-2017

Hindistanda beynəlxalq festivalın baş mükafatına layiq görülmüş “Çölçü” filminə həsr olunmuş tədbir keçirilib

Bu gün Bakıda rejissor Şamil Əliyevin "Çölçü" filminə həsr olunmuş mətbuat konfransı keçirilib. 

  

APA-nın xəbərinə görə, konfransda çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Hindistanda Kəlküttə Beynəlxalq Film Festivalı 2017-də "Golden Fox Award" (Qızıl Tülkü) baş mükafatını qazanmış "Çölçü" filminin rejissoru Ş. Əliyevi təbrik edib. 
  

O qeyd edib ki, Azərbaycanda filmlər yüksək səviyyədə çəkilir. “Ölkənizə çoxlu hind filmlərini gətirmək istəyirik. Növbəti aylarda Hindistan film festivalını təşkil etməyi nəzərdə tuturuq”, - deyə o vurğulayıb.

 

Ş. Əliyev çıxışında deyib ki, 2012-ci ildə çəkilən "Çölçü" filmi 120 yaşlı Azərbaycan kinosunun ən uğurlu nümunələrindən biridir: "Arxaik və qloballaşan dünyanın toqquşması mövzusunda çəkilən "Çölçü" indiyə qədər 35 beynəlxalq festivalda iştirak edib. Film 5 "Ən yaxşı film", 3 "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. Kəlküttədə keçirilən festivalda 75 ölkədən müxtəlif kateqoriyalar üzrə filmlərin yarışı təşkil edilmişdi. Yarışmada 7 ölkədən münsif heyəti var idi. "Çölçü" filmi əvvəlcə bu ilin mart ayında "Ən yaxşı bədii film" mükafatı alaraq 10 seçilmiş film sırasına qatılıb. Sonra 10 film içərisindən seçilərək "Qızıl Tülkü" baş mükafatına layiq görülüb". 



© APA 2018