Mədəniyyət xəbərləri

İndoneziya Mədəniyyət Günləri ilə bağlı təqdimat keçirilib

15:11 03-08-2017

İndoneziya Mədəniyyət Günləri ilə bağlı təqdimat keçirilib

Bakıda sentyabrda keçiriləcək İndoneziya Mədəniyyət Günləri ilə bağlı təqdimat təşkil olunub.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fenani mədəniyyət günlərinin sentyabrın 9-11-də keçiriləcəyini bildirib. O deyib ki, festivalın ilk günündə Heydər Əliyev Sarayında açılış mərasimi olacaq, 2-ci gün isə Dənizkənarı Milli Parkda tədbir təşkil olunacaq: "Bu çərçivədə indoneziyalı rəqqasların və “Miss İndonesia”nın Azərbaycana gəlməsi gözlənilir. Həmçinin festivalın sonuncu günündə biznes görüşünün təşkili nəzərdə tutulub”. 

Səfir Azərbaycanın mədəniyyət və tarix baxımından çox zəngin ölkə olduğunu vurğulayıb: “Azərbaycan Xəzərin incisidir. Bu ökənin çox gözəl insanları var”. 



© APA 2017