Mədəniyyət xəbərləri

İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

10:52 18-06-2017

İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

İyulun 3-dən 10-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.

 

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.

 

Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.



© APA 2017