Mədəniyyət xəbərləri

İSESCO üzrə Azərbaycan Milli Komissiyasının iclası keçirilib

16:44 22-12-2017

İSESCO üzrə Azərbaycan Milli Komissiyasının iclası keçirilib

Bakı şəhərində İSESCO üzrə Azərbaycan Milli Komissiyasının ikinci iclası keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tüveycri bildirib ki, Azərbaycan İSESCO-ya daxil olduğu vaxtdan bu yana böyük inkişaf yolu keçib: "Biz əlaqələrimizin hazırkı səviyyəsindən məmnunuq. Dünyada elə bir tendensiya mövcuddur ki, müsəlman dövlətləri ilə bağlı mənfi rəy yaradılır. Bütün bunlara sədd çəkməliyik. Azərbaycan müasir müsəlaman aləminin mirvarisidir. Bu ölkənin getdiyo yol sabitlik və  inkişaf yoludur. Biz Azərbaycandan çox şeylər götürə bilərik" .

Sonra çıxış edən komissiyanın sədri, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, hazırda Naxçıvanın 2018-ci ildə "İslam dünyasının mədəniyyət paytaxtı" olması ilə bağlı təşkilati məsələlər görülür. Onun sözlərinə görə, 2009-cu ildə bu paytaxt vəzifəsini Bakı həyata keçirib. 

Daha sonra çıxış edən Naxçıvan MR Bakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycan prezidentinin sərəncamı ilə Naxçıvanın 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı" elan olunması ilə əlaqədar təşkilat komitəsi yaradılıb və komitəyə Ali Məclis sədri Vasif Talıbov rəhbərlik edir. O qeyd edib ki, Naxçıvanda 210 məscid və 26 dini ziyarətgah var: "Müstəqillik illərində yeni məscidlər tikiilib. Reallaşdırılan yeni layihələr nəticəsində Naxçıvanın müasir siması yaradılıb. Bu layihələr 2018-ci ildə islam aləminə təqdim olunacaq, islam dünyasının diqqətini Naxçıvana cəlb edəcək. Hazırlıq prosesi 2017-ci ildə başlanıb. Naxçıvanın "İslam mədəniyyətinin paytaxtı" olması ilə bağlı loqotip, poçt markaları, döş nişanları hazırlanıb, islam mədəniyyətinə dair abidələrdən Möminə Xatun türbəsi, Yusif Hüseynoglu, Gülüstan türbələri və Qarabağlılar türbə kompleksinin İSESCO-nu siyahısına daxil edilməsi üçün təşkilati işlər görülüb,sənədlər təqdim edilib". 

Tədbidə 2018-ci  illə bağlı tədbirlər planı müzakirə edilib və Milli Komissiyanın saytı təqdim olunub.



© APA 2018