Mədəniyyət xəbərləri

Noyabrın 2-də Bakıda Avropa Film Festivalının açılışı olacaq

12:10 31-10-2017

Noyabrın 2-də Bakıda Avropa Film Festivalının açılışı olacaq

VIII Avropa Film Festivalı 2-12 noyabr tarixlərində Bakıda keçiriləcək.

 

APA-nın xəbərinə görə, "Park  Cinema"da keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib ki, illər boyunca davam edən bu festival artıq öz ticarət markasını qazanıb və bu il ilk dəfə Norveç bu film festivalına qoşulub. 
 

Səfir bildirib ki, film festivalı çərçivəsində 19 Aİ ölkəsindən, eləcə də Norveç və Azərbaycandan 21 film nümayiş ediləcək. 
 
  
K. Yankauskasın sözlərinə görə, Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə  Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film industriyası vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 


Qeyd edək ki, festivalda Azərbaycanda çəkilmiş “Nar bağı" filmi  nümayiş olunacaq. Film ailə dramından bəhs edir.



© APA 2018