Mədəniyyət xəbərləri

Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

12:01 08-08-2017

Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, müəyyən edilib ki, qurumun nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dövlət qeydiyyatına alınması üçün fərmanın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Vergilər Nazirliyinə müraciət etməlidir. 



© APA 2017