Mədəniyyət xəbərləri

Prezident İlham Əliyev xalq artisti Fidan Qasımovaya “İstiqlal” ordeni təqdim edib - YENİLƏNİB

15:32 16-06-2017

Prezident İlham Əliyev xalq artisti Fidan Qasımovaya “İstiqlal” ordeni təqdim edib - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev görkəmli opera müğənniləri, Xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Fidan Qasımovanı “İstiqlal” ordeni ilə təltif edib.

 

Görüşdə çıxış edən prezident İlham Əliyev xalq artistini qarşıdan gələn yubileyi münasibətilə təbrik edib, onun uzun illər öz sənəti ilə Azərbaycan xalqını sevindirdiyini bildirib.

 

F. Qasımova isə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

*** 11.52

 

Azərbaycan prezidenti İlham Əliyev xalq artisti Fidan Qasımovanı qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

 

Dövlət başçısı xalq artistinə “İstiqlal” ordeni təqdim edib. 



© APA 2017