Mədəniyyət xəbərləri

Qazaxda XX əsrdə tikilmiş yaşayış evi yerli əhəmiyyətli abidələrin siyahısından çıxarılıb

00:32 13-05-2018

Qazaxda XX əsrdə tikilmiş yaşayış evi yerli əhəmiyyətli abidələrin siyahısından çıxarılıb

Qazax şəhəri, Ş.Çobanov küçəsi, 16 ünvanında yerləşən və XX əsrdə tikilmiş yaşayış evi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

 

Mədəniyyət Nazirliyinə əlaqədar təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.



© APA 2018