Mədəniyyət xəbərləri

Qəbələ festivalında Böyük Britaniyanın “FeMusa” Kamera Orkestrinin çıxışı olub

22:34 01-08-2017

Qəbələ festivalında Böyük Britaniyanın “FeMusa” Kamera Orkestrinin çıxışı olub

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Heydər Əliyev Konqres Mərkəzinin önündə quraşdırılan açıq səhnəyə çıxan Böyük Britaniyanın “FeMusa” Kamera Orkestrinin çıxışı olub.

 

2008-ci ildə Böyük Britaniyanın istedadlı qadın musiqiçiləri tərəfindən təşkil edilən və peşəkar beynəlxalq kamera orkestri hesab edilən “FeMusa” daim müasir dövrün bəstəkarlarının əsərləri ilə çıxış edir və dünya musiqisini klassik səhnəyə daha geniş şəkildə təqdim edir. “FeMusa” musiqiçiləri ənənəvi qərb repertuarı ilə birlikdə nadir və ya daha az tanınan əsərləri ifa edərək multikultural aspektləri inkişaf etdirirlər.

 

Britaniyalı musiqiçilər Qəbələ festivalında bəstəkar A.Vivaldi, E.Elqar, P.Uarlok, P.Levis, E.Bloq, K.Cenkins, F.Əmirov və Q.Qarayevin əsərlərini ifa ediblər.



© APA 2017