Mədəniyyət xəbərləri

Rus Dram Teatrında “Payız sonatası” tamaşasının premyerası olacaq

12:26 03-07-2018

Rus Dram Teatrında “Payız sonatası” tamaşasının premyerası olacaq

İyulun 7-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İnqmar Berqmanın pyesi əsasında hazırlanmış “Payız sonatası” adlı tamaşanın premyerası olacaq.

 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru İlqar Safat, dekorasiya rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır.

 

Səhnə əsərinin musiqi tərtibatı İlqar Safatındır.

 

Tamaşada Azərbaycanın Xalq Artisti Lyudmila Duxovnaya, teatrın aktyorları Rumiyə Ağayeva, Natəvan Hacıyeva, Aleksey Saprıkin çıxış edəcəklər.



© APA 2018