Mədəniyyət xəbərləri

Xalq artisti Xəyyam Mirzəzadənin səhhəti pisləşib

12:01 28-06-2018

Xalq artisti Xəyyam Mirzəzadənin səhhəti pisləşib

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin səhhəti pisləşib.

 

APA-nın məlumatına görə, o Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

 

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib və orada işə başlayıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

 

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

 

Azərbaycan Lenin Komsomolu Mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni laureatıdır. 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olandan sonra oradan çıxıb. Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilib.



© APA 2018