Mədəniyyət xəbərləri

Tamara Sinyavskaya Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilib

18:19 05-07-2018

Tamara Sinyavskaya Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə mədəniyyətin inkişafında xidmətlərinə görə Tərlan Böyükbala oğlu Qorçuya “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.



© APA 2018