Mədəniyyət xəbərləri

Aygün Kazımova Sankt-Peterburqda plastik əməliyyat olunub

12:53 01-11-2007

Aygün Kazımova Sankt-Peterburqda plastik əməliyyat olunub

Bu günlərdə Sankt-Peterburqda plastik əməliyyat keçirən əməkdar artist Aygün Kazımova üç gündən sonra vətənə qayıdacaq. Bu barədə APA-ya sənətçinin prodüseri Samirə Xasməmmədova məlumat verib. Əməliyyatın uğurlu keçdiyini deyən prodüser, sənətçinin hazırda özünü çox yaxşı hiss etdiyini vurğulayıb: “Üç gündən sonra Aygün xanım Bakıya qayıdıb pərəstişkarları ilə görüşəcək. Onun əməliyyat olunması olduqca böyük ajiotaj doğurub. Hətta Aygün Kazımovanın pərəstişkarları onu əməliyyat edən cərrah Nekrasova zəng ediblər. Elə bu səbəbdən də Aygün gəldikdən sonra mətbuat konfransı keçirəcək”. S.Xasməmmədovanın sözlərinə görə, 5 saatlıq cərrahiyyə əməliyyatı zamanı Aygün Kazımovanın bədənində kiçik plastik əməliyyatlar aparılıb. /APA/


© APA 2017