Mədəniyyət xəbərləri

"Maşın Şou"da həlledici gün: qalib kim olacaq?

12:52 14-06-2017


"M-Group Production"ın təqdim etdiyi “Maşın Şou”da final həyəcanı davam edir. Ayağından əməliyyat olunsa da, şounun dünənki buraxılışını əməkdar artist Murad Dadaşov özü idarə edib.  
 
APA TV-nin məlumatına görə, finalçılar Oksana Rəsulova, İslam Mehrəliyev və Elcan Rəsulov canlı yayımda nə qədər gümrah görünməyə çalışsalar da, son günlərin yorğunluğunu gizlədə bilmirlər. Maşını əldə etməyə bu qədər yaxın ikən onlardan heç biri finalda məğlub olmaq istəmir.
 
Hətta İslam Mehrəliyev ata olma sevincini də maşın ətrafında yaşayıb.
 
Finalda canlı yayım ərzində musiqili qonaqlar da iştirakçılara dəstək olurlar.
 
Bəs görəsən, yorğunluq kimi finalda məğlub duruma düşürəcək? Gün ərzində və yaxud elə canlı yayım zamanı 3 iştirakçıdan hansının daha tez əlini maşından çəkəcəyi bəlli deyil. Bəlli olan yalnız odur ki, bu gün "Maşın Şou-Qarşıdurma"da həlledici gün olacaq. Əlbəttə ki, kim əzmkardırsa, maşını da o aparacaq.
 
Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APA və Vesti.az informasiya agentliklərinə məxsusdur.



© APA 2017