Mədəniyyət xəbərləri

“Maşın Şou"nun qalibi məlum olub

03:12 16-06-2017

“Maşın Şou

“Maşın Şou - Qarşıdurma”ın qalibi elan olunub.

 

APA-nın məlumatına görə, 17 gün davam edən gərgin mübarizənin qalibi aktyor İslam Mehrəliyevdir. Şounun final gecəsində avtomobilin açarları ona təqdim edilib.

 

Qeyd edək ki, mayın 28-dən yayımlanan "Maşın" şousu iyunun 15-də başa çatıb. Maşından ilk olaraq əlini rəqqasə Oksana Rəsulova, ikinci isə aktyor Elcan Rəsulov götürüb.

 

Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APA və Vesti.az informasiya agentliklərinə məxsusdur.



© APA 2017