Mədəniyyət xəbərləri

Meyxanaçı Kərim xəstəxanadan evə buraxılıb

18:21 11-04-2017

Meyxanaçı Kərim xəstəxanadan evə buraxılıb

Meyxana ustası Ağakərim (Kərim) Novruzov Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.

 

Bu barədə APA-ya meyxanaçının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.

 

Onun sözlərinə görə, meyxanaçı müalicəsini ev şəraitində davam etdirəcək. R. Cənnətov əlavə edib ki, dayısı özünü gümrah hiss edir, vəziyyəti yaxşıdır.

 

Qeyd edək ki, bir neçə gün bundan öncə meyxanaçının beyninə qan sızıb. 



© APA 2017