Mədəniyyət xəbərləri

Milyonçu DJ Canluka Vakki Bakıda şou proqramla çıxış edəcək

15:26 14-04-2017

Milyonçu DJ Canluka Vakki Bakıda şou proqramla çıxış edəcək

Bakı Şopinq Festival çərçivəsində Bakıda italyan biznesmen və filantrop DJ Canluka Vakki şou proqramla çıxış edəcək.

 

APA-nın məlumatına görə, instaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşmış Canluka Vakkinin çıxışı mayın 6-da Bakıda, "Elektra holl"da olacaq.

 

Milyonçunun çıxışını canlı izləmək və əylənmək üçün xarici ölkələrdən turistlər artıq bilet sifarişlərinə başlayıblar. Milyonçunun konsertinə biletləri "Elektra holl"un kassalarından əldə etmək mümkündür.

 

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub.

 

Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.



© APA 2017