Mədəniyyət xəbərləri

Məşhur estrada müğənnisi Tamara Мiansarova vəfat edib

10:30 13-07-2017

Məşhur estrada müğənnisi Tamara Мiansarova vəfat edib

Sovet estradasının əfsanəsi hesab olunan Tamara Мiansarova Moskvada 87 yaşında vəfat edib.

 

APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti”-yə Tamara Miansarovanın əri Mark Feldman məlumat verib.

 

Onun sözlərinə görə, müğənni iyulun 12-də xəstəxanada dünyasını dəyişib. Tamara Miansarova ağciyər xəstəliyindən əziyyət çəkirdi.

 

Qeyd edək ki, Tamara Мiansarova 1931-ci il martın 5-də anadan olub.

 

Moskva konservatoriyasında təhsil alanda solo konsertlərlə çıxış edib.

 

O, “Qoy həmişə günəş olsun”, “Qara pişik” və başqa mahnıları ilə məşhurluq qazanıb.



© APA 2017