Siyasət xəbərləri

Azərbaycan prezidenti monteneqrolu həmkarına məktub göndərib

18:36 12-07-2018

Azərbaycan prezidenti monteneqrolu həmkarına məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev monteneqrolu həmkarı Milo Cukanoviçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. 

 

APA-nın məlumatına görə, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim sülh və firavanlıq arzulayıram”.



© APA 2018