Siyasət xəbərləri

Elmar Məmmədyarov həmsədrlərlə görüşüb

19:06 11-07-2018

Elmar Məmmədyarov həmsədrlərlə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

 

APA-nın xəbərinə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şəxsi “Twitter” səhifəsində yazıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. 

 

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.



© APA 2018