Xəbər

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Fəlsəfə” kitabı çapdan çıxıb - FOTO

17:41 03-06-2010

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Fəlsəfə” kitabı çapdan çıxıb - FOTO

Bakı. Elnur Məmmədli – APA. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu “Fəlsəfə” kitabı çapdan çıxıb. APA-nın məlumatına görə, nəşrin rəyçisi Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, layihənin rəhbəri “AzərTac”ın baş direktoru Aslan Aslanov, elmi redaktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, redaktoru “AzərTac”ın baş direktorunun müavini Dağbəyi İsmayılovdur. Kitab Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunub.

Dərslikdə müstəqil elmi fənn və insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli şərhi, o cümlədən fəlsəfənin mövzusu, onun metodları, məqsəd və vəzifələri, baza anlayışları, kateqoriyaları və cərəyanları haqqında geniş məlumat verilib. Kitabda fəlsəfəyə girişlə yanaşı, fəlsəfənin, o cümlədən şərq fəlsəfəsinin tarixi, müasir fəlsəfənin əsasları, həmçinin tarix fəlsəfəsi və siyasi fəlsəfə şərh edilib. Qədim və orta əsrlər Azərbaycan fəlsəfəsinin problemləri, XIII-XX əsrlərdə Azərbaycan fəlsəfi fikrinin təşəkkülü də kitabda əksini tapıb. Nəşr tələbələr, müəllimlər, fəlsəfə problemi ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub.

Kitabın bu nəşri ali məktəblərin müəllim və tələbə heyətinin xahişi ilə hazırlanıb.


© APA 2017