Təhlil

Azərbaycanda dollarla əməliyyatların həcmi 1,6 dəfə azalıb - TƏHLİL

10:52 09-09-2017

Azərbaycanda dollarla əməliyyatların həcmi 1,6 dəfə azalıb - TƏHLİL

2017-ci ilin iyul ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən azalıb.

 

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 1,6 dəfə  azalıb.

 

Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 1,56 dəfə azalıb. Başqa sözlə, bu ilin iyulunda ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 290 mln. 893,5 min ABŞ dolları olubsa, 2016-cı ilin eyni dövründə 455 mln. 430,3 min manat təşkil edib.

 

Bu ilin iyul ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı

143 mln. 30,8 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,9 dəfə azdır. İyulda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 147 mln. 862,7 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 17,31% azdır.

 

Bu ilin iyun ayı ilə müqayisədə iyulda banklar tərəfindən dollar alışı 21,15% artaraq 147 mln. 862,7 min ABŞ dolları təşkil edib. Hesabat dövründə dollar satışı da 51,38% artıb.

 

2017-ci ilin iyul ayı ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 40,86% azalıb. Başqa sözlə, bu ilin iyulunda avro ilə mübadilə əməliyyatlarının həcmi 52 mln. 599,6 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 88 mln. 936,3 min avro təşkil edib.

 

İyulda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 32 mln. 51,6 min avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,89 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 20 mln. 548 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 27,36% azdır.

 

Bu ilin iyun ayı ilə müqayisədə iyulda banklar tərəfindən avro alışı 69,03% artaraq 20 mln. 548 min avro təşkil edib. Avro satışında isə 56,98% artıb.

 

 



© APA 2017