Təhlil

Azərbaycanda dollarla əməliyyatların həcmi 2,2 dəfə azalıb - TƏHLİL

10:03 10-10-2017

Azərbaycanda dollarla əməliyyatların həcmi 2,2 dəfə azalıb - TƏHLİL

2017-ci ilin avqust ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən azalıb.

 

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,2 dəfə azalıb.

Bu ilin 8 ayı ilə ötən ilin müvafiq dövrünü müqayisə edəndə məlum olur ki, hesabat dövründə də dollar ilə əməliyyatlarda 2,2 dəfə azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-avqustunda ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 1 mlrd. 928 mln. 597,8 min ABŞ dolları olubsa, 2016-cı ilin eyni dövründə 4 mlrd. 223 mln. 118,9 min manat təşkil edib. Bu ilin avqust ayı ilə ötən ilin eyni dövrünü müqayisə edəndə ABŞ dolları ilə əməliyyatların həcminin 1,34 dəfə azalması məlum olur. Qeyd edək ki, bu ilin avqust ayında 334 mln. 785,3 min dollarlıq, ötən ilin eyni dövründə 447 mln. 306,2 min dollarlıq mübadilə əməliyyatları aparılıb.

 

Bu ilin avqust ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 137 mln. 491,5 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,8 dəfə azdır. Avqustda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 197 mln. 293,8 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,23% azdır.

 

Amma bu ilin iyul ayı ilə müqayisədə avqustda banklar tərəfindən dollar alışı 33,43% artıb, dollar satışı isə əksinə 3,87% azalıb.

 

Bu ilin 8 ayı ilə ötən ilin müvafiq dövrünü müqayisə edəndə məlum olur ki, hesabat dövründə də avro ilə əməliyyatlarda da 2,2 dəfə azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-avqustunda avro ilə mübadilə əməliyyatlarının həcmi 350 mln. 672,1 min avro olubsa, 2016-cı ilin eyni dövründə 774 mln. 712,1 min avro təşkil edib. 2016-cı ilin avqust ayı ilə müqayisədə bu ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 2,89 dəfə azalıb. Başqa sözlə, bu ilin avqustunda avro ilə mübadilə əməliyyatlarının həcmi 77 mln. 110,9 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 223 mln. 128 min avro təşkil edib.

 

Avqustda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 60 mln. 947,9 min avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,3 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 16 mln. 163 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,35 dəfə azdır.

 

Bu ilin iyul ayı ilə müqayisədə avqustda banklar tərəfindən avro alışı 21,34% azalıb, avro satışı isə əksinə 1,9 dəfə artıb.



© APA 2017