Təhlil

Mayda kredit qoyuluşunun 18%-i regionlara yönəlib

16:08 02-07-2018

Mayda kredit qoyuluşunun 18%-i regionlara yönəlib

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin iyun ayının 1-nə 11 mlrd. 945 mln. 500,8 min manat təşkil edib ki, bunun da 82,30%-i və ya 9 mlrd. 831 mln. 577,4 min manatı Bakı şəhərinin payına düşüb.

 

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. İyunun 1-ə Aran iqtisadi rayonuna kredit qoyuluşu 513 mln. 542,2 min manat təşkil edib. Bu, ümumi kredit qoyuluşunun 4,30 %-ni təşkil edir.

 

Kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 3,91%-lik payla Abşeron iqtisadi rayonu qərarlaşıb. Bu ilin iyun 1-nə bu iqtisadi rayona 467 mln. 967,6 min manat həcmində kredit qoyulub.

 

Kredit qoyuluşunun 3,77%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin may ayında Gəncə-Qazax iqtisadi rayonuna 450 mln. 664,2 min manatlıq kredit qoyulub.

 

Kredit qoyuluşunun 1,55%-i Lənkəran iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin iyun 1-ə Lənkəran iqtisadi rayonuna 184 mln. 660,9 min manatlıq kredit qoyulub.

 

Kredit qoyuluşunun 1,22%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin may ayında Quba-Xaçmaz iqtisadi rayonuna 145 mln. 959,5 min manatlıq kredit qoyulub.

 

Kredit qoyuluşunun 1,07%-i Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, may ayında Şəki-Zaqatala iqtisadi rayonuna 127 mln. 673,0 min manatlıq kredit qoyulub.

 

Kredit qoyuluşunun 0,55%-i Dağlıq Şirvan iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin mayında Dağlıq Şirvan iqtisadi rayonuna 65 mln. 667,3 min manatlıq kredit qoyulub.

 

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 0,45% və ya 53 mln. 768,0 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna kredit qoyuluşu isə bundan 29,47 dəfə az - 352,1 min manat olub.

 

 

 

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Aran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 22,8% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 10,4% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 8,6%-ə bərabər olub.

 

               Regionlarda kreditlərin orta faiz dərəcəsi

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

Azərbaycan Respublikası

11945500.80

12

Aran İqtisadi rayonu

513542.20

22.8

Lənkəran İqtisadi rayonu

184660.90

22.0

Şəki-Zaqatala İqtisadi rayonu

127673.00

21.7

Dağlıq Şirvan İqtisadi rayonu

65667.30

21.4

Quba-Xaçmaz İqtisadi rayonu

145959.50

20.6

Yuxarı Qarabağ İqtisadi rayonu

53768.00

20.5

Gəncə-Qazax İqtisadi rayonu

450664.20

18.9

Abşeron İqtisadi rayonu

467967.60

15.7

Kəlbəcər-Laçın İqtisadi rayonu

352.10

15.7

Bakı şəhəri İqtisadi rayonu

9831577.40

10.4

Azərbaycan Respublikası

11945500.80

12

 



© APA 2018