Təhlil

“Palmali” Şirkətlər Qrupunun daha bir quru yük gəmisi mayın 25-də suya salınacaq

17:41 11-04-2007

“Palmali” Şirkətlər Qrupunun daha bir quru yük gəmisi mayın 25-də suya salınacaq

“Palmali” Şirkətlər Qrupunun sifarişi ilə Rusiyanın Nijniy Novqorod şəhərinin “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa edilən beş quru yük gəmisindən sonuncusu Azərbaycanın məhşur iqtisadçı alimi Əhməd Mahmudovun adını daşıyacaq. “Əhməd Mahmudov” gəmisinin alimin ad günündə, mayın 25-də suya salınması nəzərdə tutulur.
“Palmali”nin Bakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, RSD17 layihəsi əsasında inşa edilən gəminin dedveyti 6,35 min ton, uzunluğu 121,7 metr, eni 16,5 metr, göyərtəsinin hündürlüyü 6,2 metr, su altında qalan hissəsi isə 5,06 metrdir. Odessa şəhərinin Dəniz Mühədisliyi Bürosu tərəfindən hazırlanan layihə əsasında inşa edilən gəmi 14 nəfər heyyətdən ibarətdir.
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində, Rusiyanın daxili sularında yük daşınmalarını həyata keçirir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-dən artıq tanker və yük gəmisindən ibarətdir. “Palmali” əsasən neft məhsulları (benzin, qazoyl, vakuumlu qazoyl, yanacaq, ağ neft), xam neft və ərzaq və sənaye yağlarının daşınması üzrə ixtisaslaşıb. Şirkətə məxsus quru yük gəmiləri həmçinin bütün növ quru yüklərin daşınmasını da həyata keçirir. /APA-Economics/


© APA 2018