Təhlil

Son iki ildə torpaq bazarında təklif 19% artıb - ARAŞDIRMA

15:08 31-03-2017

Son iki ildə torpaq bazarında təklif 19% artıb  - ARAŞDIRMA

2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə bazara satış üçün təklif olunan elanların sayı 437-yə qalxıb.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin araşdırmasında deyilir.

 

Ümumiyyətlə, 2014-cü ilin mart ayında bazara 815 torpaq sahəsi çıxarılıb. Beləliklə 2014-cü ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur.

 

2017-ci ilin fevral ayında ümumi təklif portfelində rayonların payı aşağıdakı kimi olub:

 

 

Diaqramdan göründüyü kimi, təklif portfelində satışa çıxarılan torpaq sahələri əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşirlər. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədi (12,6%) rayonlarıdır. Bu rayonlarda daha çox fərdi yaşayış və bağ evləri satışa çıxarılıb.

 

Səbail - Xətai, Nizami - Qaradağ  rayonları üzrə təklifin göstəricisi müvafiq olaraq 3,8% və 1,8% təşkil edib. Ən az paya sahib olan rayonlar - Nərimanov (1%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonlarıdır. Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələrində əsasən çoxmərtəbəli binalar inşa olunub və boş torpaq sahələri çox az saydadır.

 

Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.

 

Təklif portfelinin torpağın sahəsi üzrə pay bölgüsü:

 

 

Təklif portfelinin əsas payını kiçik sahəli torpaqlar (0-10 sot) tutur - 70,8%. Təklif portfelində orta sahəli torpaqlar (10-100 sot) 28,8% paya malikdir. Ən az paya sahib olan böyük sahəli torpaqlar (101-700 sot) üzrə təklif 0,4% təşkil edir. Beləliklə, Bakı şəhərinin rayonları üzrə satışa çıxarılan torpaq sahələri əsasən kiçik sahəli torpaqlardır.

Qeyd edək ki, təklif olunan torpaq sahələri “kupçalı” və “kupçasız” sənədlə bazara çıxarılıb, beləliklə “kupçalı” torpaqların payı 73%, “kupçasız” isə 27% təşkil edib.

 

2017-ci ilin fevral ayında torpaq bazarındakı qiymətləri təqdim edirik:

Rayon

Qəsəbə

1 sotun qiyməti

Sabunçu

Bilgəh qəs.

3 904

 

Bilgəh qəs. dəniz kənarı

16 717

 

Zabrat

6 338

 

Ramana

3 783

 

Bakıxanov

33 519

 

Nardaran

8500

 

Nardaran dəniz kənarı

15000-20000

 

Savalan qəs.

9 000

 

Kürdəxanı qəs.

2 000

Suraxanı

Hövsan

5 177

 

Bülbülə qəs

17 500

 

Yeni Suraxanı qəs.

3 867

 

Əmircan qəs.

10 571

 

Yeni Günəşli

11 000

 

Dədə Qorqud

2 000

 

Bahar qəs.

4500

 

Qaraçuxur qəs.

16 997

Səbail

Badamdar 3 massiv

22 030

Xətai

Əhmədli

27 143

 

H.Aslanon qəs.

34 797

Xəzər

Dübəndi

2 800

 

Qala

3 175

 

Binə qəs.

3 139

 

Binə qəs. (Mərdəkan şossesi üzərində)

9 875

 

Qala

3 175

 

Mərdəkan

6 622

 

Buzovna

6 983

 

Şüvəlan

4 333

 

Türkan

2 100

 

Zirə

1 767

 

Şağan

11 500

Yasamal

Yeni Yasamal qəs.

18 571

Pirallahı

Gürgan qəsəbəsi

5 000

Binəqədi

6-cı mikrorayon

37 500

 

8-ci mikrorayon

111 250

 

9-cu mikrorayon

16 125

 

Biləcəri qəs.

11 943

 

Binəqədi qəs.

7 104

 

Rəsulzadə qəs.

8 595

 

Sulutəpə qəs.

6 802

 

 

 



© APA 2017