Siyasət xəbərləri

AŞ-nın Bakı ofisi: Azərbaycan AŞPA-nın çox fəal üzvlərindən biridir

11:46 14-02-2018

AŞ-nın Bakı ofisi: Azərbaycan AŞPA-nın çox fəal üzvlərindən biridir

"Azərbaycan AŞPA-nın çox fəal üzvlərindən biridir".

 

APA-nın xəbərinə görə, bunu Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes deyib.

 

O bildirib ki, AŞPA-nın yanvar ayında keçirilən sessiyasında Azərbaycan nümayəndə heyəti çox aktiv iştirak edib: "Azərbaycan nümayəndə heyəti tərəfindən iki hesabat təqdim olundu. Düşünürəm ki, Azərbaycanın AŞPA üzvlüyü müzakirə mövzusu belə deyil".



© APA 2018